Millinin baş məşqçisi məsələsi müzakirə olunmadı

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda milli komandanın baş məşqçi məsələsi müzakirə olunmayıb.

Bu barədə AFFA-nın prezidenti Rövşən Nəcəf iclasdan sonra jurnalistlərə açıqlamasında bildirib. O, sözügedən məsələnin növbəti toplantılarda müzakirə olunacağını deyib.

Azərbaycan millisində baş məşqçi postu boşdur. Hazırda bu vəzifəni müvəqqəti Arif Əsədov icra edir.