Millinin Avropa çempionatı üçün heyəti məlum oldu

Final mərhələsi 2025-ci ilin iyununda baş tutacaq qadınlar arasında basketbol üzrə Avropa çempionatının (Eurobasket 2025) seçmə qrup oyunları çərçivəsində 6 fevral səfərdə Belçika və 9 fevral evdə Polşa yığmaları ilə keçirəcəyi son görüşlər üçün millimizin rəsmi heyəti müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, siyahıda 12 oyunçu yer alıb.

Heyət: Aylin Niftəliyeva, Angelina İsmayılova, Aylin Əkbərzadə, Səlminaz Ramazanlı, Leyla Allahverdiyeva, Valeriya Kitayeva, Sitarə Abbasova, Elanur Gökçöl, Deniz Gökçöl, Şilan Akbingöl, Aleksandra Mollenhauer və Adilə Yusubova.