Millinin Avropa çempionatı üçün heyəti bilindi

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriyaya yola düşüb.

Futbolpress.az xəbər verir ki, B qrupunda yer alan komandamız ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək. Təsnifat mərhələsindəki növbəti oyunumuz isə avqustun 24-də Bakıda Belçika yığmasına qarşı olacaq.

Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edən millimizin yekun heyəti belədir:

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou, Vüsal Rüstəmov
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Cəlalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli

2026 Avropa çempionatı (təsnifat mərhələsi)
B qrupu
17 avqust

20:30. Avstriya – Azərbaycan