Millinin Avro-2024-dəki oyunlarının təqvimi bilindi

Azərbaycanın minifutbol millisinin Avro-2024-ün qrup mərhələsindəki oyunlarının təqvimi bilinib.

Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv ilk oyunu iyunun 2-də Belçikaya qarşı keçirəcək.

Bir gün sonra İtaliya ilə qarşılaşacaq yığma iyunun 4-də isə Fransa ilə üz-üzə gələcək.

Turnirə Bosniya və Herseqovina ev sahibliyi edir.