Millilərin duelində “sülh”

15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Bakıda təşkil olunan təlim-məşq toplanışı başa çatıb.

Futbolpress.az xəbər verir ki, milli hazırlıq çərçivəsində yoxlama görüşü keçirib. Baş məşqçi Gülənbər Qasımovanın rəhbərlik etdiyi komanda 17 yaşadək qızlardan ibarət milli ilə qarşılaşıb.

Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan matç 3:3 hesabı ilə yekunlaşıb. U-15-in qollarını Tahirə Rəcəb, Məryəm Səmədli və Sara Səlimova vurublar. U-17-nin heyətində Aylin Kərimova biri onbirmetrlik zərbədən olmaqla iki dəfə, Yelizaveta Vaysman isə bir dəfə fərqlənib.