Millidən heç-heçə

Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kocaeli şəhərindəki “Darıca” stadionunda baş tutan matç 0:0 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da təşkil edilən ilk oyunda Türkiyə yığması 4:0 hesablı qələbə qazanıb.