Millidə zədə şoku

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi Bəhlul Mustafazadə zədə səbəbindən heyətdən çıxarılıb.

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 8-də Koşitsedə Slovakiya yığması ilə qarşılaşacaq.