Fransa yığmasında yarımmüdafiəçi Antuan Qrizmannın milli karyerasını bitirməsindən sonra yeni “7 nömrə”nin sahibi məlum olub.
Futbolpress.az xəbər verir ki, komandada bundan sonra Osman Dembele 7 nömrəli formanı geyinəcək.
33 yaşlı Qrizmann ötən həftə yığmadakı karyerasını bitirdiyini açıqlayıb. Dembele bundan əvvəl 11 nömrəli formanı geyinirdi.
Fransa yığması UEFA Millətlər Liqasında oktyabrın 10-da Macarıstanda İsrail ilə qarşılaşacaq.