Millidə Poçettino dönəmi başlayacaq

ABŞ millisinin yeni baş məşqçisi Mauiriso Poçettino olacaq.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yerli federasiya ilə 2 illik müqavilə imzalayacaq. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. 52 yaşlı məşqçinin təyinatı yaxın zamanda açıqlanacaq.

Poçettinonun son ünvanı “Çelsi” olub. O, daha əvvəl PSJ, “Tottenhem” ,”Sauthemtpon” və “Espanyol”da çalışıb.