“Çelsi”nin futbolçusu Koul Palmer İngiltərə yığmasında 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.
Futbolpress.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı hücumçu sorğuda “Real”dan Cud Bellingem və “Arsenal”dan Bukayo Sakanı qabaqlayıb.
Palmer 2023-cü ilin payızında debüt etdiyi millidə 9 oyunda 2 qol vurub.