Millidə baş məşqçi ayrılığı

ABŞ yığmasında baş məşqçi Qreq Berhalterlə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

ABŞ yığması Amerika Kubokunda qrupdan çıxa bilməyib. Komanda Uruqvay, Panama və Boliviyanın yer aldığı qrupu üçüncü bitirib.