23 yaşadək futbolçulardan ibarət minifutbol üzrə milli komandanın baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, bu vəzifə Rəcəb Fərəczadəyə tapşırılıb.
Təcrübəli mütəxəsis 7-10 oktyabr tarixlərində Xorvatiyada keçiriləcək dünya çempionatında(U23) komandaya rəhbərlik edəcək. Onun köməkçiləri Tural Nərimanov və Natiqi Kərimi təyin olunub.
#u23 #milli #amf