Millidə dəyişiklik

Təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Futbolpress.az xəbər verir ki, məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb. Hazırda toplanışda ikisi qapıçı olmaqla 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu martın 11-də, saat 21:00-da Afinadakı “Dias Sports Hall”da keçiriləcək.