17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.
Futbolpress.az xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Yunanıstan yığması ilə üz-üzə gələcək. Rumıniyanın “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
16 noyabr
Yunanıstan (U-17) – Azərbaycan (U-17)
Tunari stadionu. Saat 14:00
Baş hakim: Ion Orlic (Moldova)
Baş hakimin köməkçiləri: Vadim Vicol (Moldova), Adrian Vornicu (Rumıniya)
Dördüncü hakim: Vlad Baban (Rumıniya)