Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Elxan Abdullayevin yetirmələri İrlandiya ilə qarşılaşıb. Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda baş tutan oyun rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya 0:2 hesabıyla uduzub.