Milli yenə uduzdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi yığma Bakıda Belçika yığması ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsiylə başa çatıb – 3:0.

Milli bundan əvvəlki matçda səfərdə Avstriya yığmasına 0:3 hesabı ilə uduzmuşdu.