Milli üzvü “Şamaxı”da qalacaq: “Faydalı olmaq istəyirəm”

“Şamaxı”da yarımmüdafiəçi Qurban Səfərovun taleyi məlum olub. 19 yaşlı futbolçu yeni mövsümü də “şirlər”də keçirəcək. Onun klubla müqaviləsi bir il davam edir.

Səfərovun “FutbolPress“ə açıqlamasında hədəflərindən söz açdı:

“Komanda üçün faydalı olmaq istəyirik. Yaxşı oynayıb, özümü göstərmək və inkişaf etdirmək arzusundayam. Mövqeyimdə oyunçular var. Ancaq kim yaxşı olsa, o oynayacaq. Özümü yaxşı göstərməyə çalışacam”.

Səfərov Azərbaycanın U-21 yığmasının da üzvüdür.

Şahin Cəfərov