Milli üçün 4 məşqçinin adı hallanır

İngiltərə Futbol Federasiyası yığmanın baş məşqçi postuna axtarışlarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, bu posta namizədlər Maurisio Poçettino, Tomas Tuxel, Eddi Hau və Qrem Potterdir. Assosasiya nümayəndələri məşqçilərin menecerləri ilə yaxın günlərdə danışıqlara başlamağı planlaşdırır.

Milliyə yeni baş məşqçi təyin edilənə qədər bu vəzifəni müvəqqəti gənclər komandasının çalışdırıcısı Li Karsli yerinə yetirəcək.

Avro-2024-də finalda İspaniyaya uduzan İngiltərədə baş məşqçi Qaret Sautqeyt postundan ayrılıb.