Paraatletika, paraüzgüçülük, paraatıcılıq və parakamandan oxatma üzrə milli komandasının Paris-2024 Paralimpiya Oyunlarında mübarizə aparacaq idmançıları bu gün Fransanın Ajan şəhərində təlim-məşq toplanışına start verib.
Futbolpress.az xəbər verir ki, Paris-2024 Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı avqustun 21-dək davam edəcək.
Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək olacaq.