Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirildi

Bu gün Peşəkar Futbol Liqası təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib.

Futbolpress.az xəbər verir ki, 60-a yaxın media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb. Yarışda komandalara Azərbaycan futbolunda izləri olan Qarabağ bölgəsini təmsil etmiş klubların adları verilib. Yekunda “Şuşa” komandası qalib, “Qarabağ” (Ağdam) ikinci, “Ərgünəş” (Füzuli) üçüncü olub.

Sonda “Şuşa” komandasına pul mükafatı və medallar təqdim edilib. İkinci və üçüncü yerin sahiblərinə pul mükafatı, eyni zamanda yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr verilib.