Milli komandanın növbəti sınağı

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, komanda  Slovakiya ilə qarşılaşacaq. Qarşılaşma 17:00-da baş tutacaq.

Milli dünən Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.

Yığmanın növbəti rəqibi Rumıniya olacaq.