Milli komandada yeni baş məşqçi

12-21 iyul Rumıniyanın Piteşti şəhərində baş tutacaq U-20 oğlanlar arasında basketbol üzrə Avropa çempionatı “B” divizionun oyunları öncəsində, gənclərdən ibarət millimizin məşqçilər korpusunda yeni təyinatlar reallaşıb.

Futbolpress.az xəbər verir ki, U-20 yığmamızın baş məşqçi postuna, əsas millidə Tahir Baxşıyevin köməkçisi olan ispaniyalı mütəxəssis Alberto Blanko gətirilib.

Onun yanında işləyəcək birinci köməkçi məşqçi Zaur Paşayev, ikinci köməkçi məşqçi isə Anar Hacıyev olub.

İspaniyalı mütəxəssisin planlarında, Avropa çempionatına hazırlıq məqsədi daşıyan bir neçə təlim-məşq toplanışının keçirilməsi də yer alıb