Milli komanda son matçda “sülh”ə razı oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində sonuncu oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, yığmamız Moldovanın müvafiq yaş qrupu komandası ilə üz-üzə gəlib.

Qarşılaşma “sülh”lə yekunlaşıb – 1:1.

Milli komanda ilk oyunda Qazaxıstana qalib gəldiyi halda (2:0), Türkiyə ilə bacarmayıb – 0:5.