19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində sonuncu oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, yığmamız Moldovanın müvafiq yaş qrupu komandası ilə üz-üzə gəlib.
Qarşılaşma “sülh”lə yekunlaşıb – 1:1.
Milli komanda ilk oyunda Qazaxıstana qalib gəldiyi halda (2:0), Türkiyə ilə bacarmayıb – 0:5.