Milli komanda ikinci oyununda məğlub oldu

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında bu gün növbəti matçını keçirib.

Futbolpress.az xəbər verir ki, komanda Slovakiya ilə qarşılaşıb.

Matç slovakların 3:1 (21:25, 25:20, 25:16, 25:19) hesablı qələbəsi ilə başa çatıb.

Milli ilk oyunda Xorvatiyanı 3:0 hesabı ilə məğlub etmişdi.