Milli komanda Avstriyaya qarşı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasının III mərhələsinin son oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, yığma Avstriya ilə üz-üzə gələcək.

Matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq və start fiti 17:00-da səslənəcək.

Faiq Qarayevin yetirmələri 5 oyundan 2-də qələbə qazanaraq hazırda 8-cidir.