Azərbaycanlı jurnalistlər Avropa Millətlər Liqasında iştirak edəcək

Mayın 19-da Moldovada jurnalistlər arasında minifutbol üzrə Avropa Millətlər Liqası baş tutacaq.

Futbolpress.az xəbər verir ki, turnirdə Azərbaycanın jurnalistlərdən ibarət milli komandası da iştirak edəcək.

Turnirin püşkü atılıb. Belə ki, jurnalistlərdən ibarət milli Kişinyovda B qrupunda İsrail, Almaniya və Moldova komandaları ilə qarşılaşacaq.

Yığma ilk oyunu mayın 19-da Almaniyaya qarşı keçirəcək.