Milli Avropa çempionatında mübarizəyə başlayır

Avropa çempionatının əsas mərhələsi çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, komanda Bosniya və Herseqovinanın müvafiq yaş qrupuna aid kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Bosniya və Herseqovina – Azərbaycan

26 mart. Omiş. Ribnjak İdman Sarayı. Saat 19:00
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)