Milli 16 oyunçu ilə başladı

Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək futzal üzrə Azərbaycan millisinin Bakıda toplanışı başlayıb.

Futbolpress.az xəbər verir ki, bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək.

Qeyd edək ki, Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.

N Ad, soyad Klub
1 Emin Kürdov (q) Araz-Naxçıvan
2 Vladislav Reznov (q) Araz-Naxçıvan
3 Kamran Hacıyev (q) Baku Fire
4 Emil Həsənzadə Araz-Naxçıvan
5 Xəzər Ağalızadə Araz-Naxçıvan
6 İlham Alıyev Araz-Naxçıvan
7 Tofiq Mikayılov Baku Fire
8 Nurlan Mehdizadə Baku Fire
9 Oktay Rüstəmli Baku Fire
10 Fərid Abbasov Baku Fire
11 Fərid Atakişiyev Neftçi İK
12 Ülvi Əliyev Araz-Naxçıvan
13 Mirzə Əmirov Neftçi İK
14 Eldar Zeynalov Neftçi İK
15 Seymur Məmmədov Neftçi İK
16 Murad Quluzadə Baku Fire