Millətlər Liqası: Türkiyə yığmasının oyunu təxirə salına bilər

UEFA Millətlər Liqasında bu gün keçirilməli olan İslandiya – Türkiyə oyunu təxirə salına bilər.

Futbolpress.az xəbər verir ki, buna səbəb oyunun ev sahibliyini edəcək “Lauqardalsvöllur” stadionunun donma təhlükəsi ilə üz-üzə olmasıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İslandiyada oyun vaxtı temperatorun mənfi 3 dərəcəyə enməsi gözlənilir.

Arenada isitmə sistemi olmadığı üçün donma təhlükəsi var. Oyunla bağlı yekun qərarı UEFA verəcək.

İslandiya – Türkiyə oyunu saat 22:45-də keçirilməlidir.