Millətlər Liqası: millinin ilk oyunu “Tofiq Bəhramov”da

UEFA Millətlər Liqasının birinci turunda keçiriləcək Azərbaycan – İsveç oyununun məkanı açıqlanıb.

Futbolpress.az qurumun saytına istinadən xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Sentyabrın 5-də baş tutacaq matça saat 20:00-da start veriləcək.

Azərbaycan millisi Millətlər Liqasının C Liqasının 1-ci qrupunda İsveç, Estoniya və Slovakiya ilə mübarizə aparacaq.