“Milan”ın yeni baş məşqçisi bilindi

Portuqaliyalı mütəxəssis Paulu Fonseka “Milan”ın yeni baş məşqçisi olacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Football İtalia” nəşri məlumat yayıb. A Seriyası klubu məşqçi ilə 3 illik müqavilə imzalayacaq.

“Milan”ı hazırda Stefano Pioli çalışdırır. Onunla yaxın zamanda yollar ayrılacaq.

“Qırmızı-qaralar” A Seriyasında 37 oyundan sonra 74 xalla 2-ci sıradadır.