“Milan”ın futbolçusu Mayk Menyan karyerasını Almaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Bavariya” 29 yaşlı qolkiperin xidmətində maraqlıdır. Bu barədə “Fichajes” portalı məlumat yayıb. Münhen klubu 2025-ci ilin yayında Menyanın transferi üçün çalışacaq.
Fransalı qapıçı 2021-ci ildən “Milan”da çıxış edir. O, “qırmızı-qaralar”da 131 oyunda 134 qol buraxıb.