“Milan”ın oyununa leysan əngəli

İtaliya A Seriyasının IX turunun “Bolonya” – “Milan” oyunu təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb Bolonyada hava şəraitinin əlverişsiz olmasıdır. Şəhərdə bir neçə gün əvvəl güclü leysan olub və fəsadları hələ aradan qaldırılmayıb. Bununla yanaşı, yenidən daşqın proqnozu verilib.

“Bolonya” – “Milan” oyunu sabah keçirilməli idi.