“Milan”ın keçmiş baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda

“Milan”ın sabiq baş məşqçisi Stefano Piolinin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi “Əl İttihad”ı çalışdıracaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

58 yaşlı mütəxəssis bu postda Marselo Qalyardonu əvəzləyəcək. “Əl İttihad”da fransalı Nqolo Kante, Kərim Benzema, braziliyalı Fabinyo çıxış edir.

Pioli 2019-2024-cü illərdə “Milan”a rəhbərlik edib.