“Milan” İtaliya Superkubokunun yarımfinalında bu gün “Yuventus”la qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar”ın hücumçusu Rafael Leao görüşü buraxacaq. Bu barədə komandanın baş məşqçisi Serjiu Konseysau yerli mətbuata açıqlamasında deyib.
“Yuventus” – “Milan” oyunu saat 23:00-da start götürəcək. Matç Səudiyyə Ərəbistanında “Əl Avval Park” arenada keçiriləcək.