“Milan”ın hücumçusu “Fənərbağça”nın “radarında”

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Fənərbağça” hücum xəttini gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi Serbiya yığmasının və “Milan”ın forvardı Luka Yoviçlə maraqlanır. Bu barədə “Relevo” nəşri məlumat yayıb.

İstanbul klubu “Milan”dan ayrılacağı gözlənilən hücumçu ilə qısa zamanda danışıqlara başlamağı planlaşdırır.

Yoviç ötən mövsümdə 23 oyunda 6 qol vurub. O, daha əvvəl “Fiorentina, “Ayntraxt” (Frankfurt) və “Real”da forma geyinib.