Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Qalatasaray” “Milan”ın futbolçusu Davide Kalabriyaya təklif göndərib.
Futbolpress.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb. İstanbul klubu cinah müdafiəçisinə yüksək maaşlı müqavilə təklif etsə də, “yox” cavabı alıb. Kalabriya “Milan”da qalmağa üstünlük verib.
27 yaşlı müdafiəçi “Milan”ın yetirməsidir. O, “qırmızı-qaralar”da 258 oyunda 9 qol vurub, 21 məhsuldar ötürmə edib.