“Milan”ın futbolçusu “qırmızı şeytan” ola bilər

“Milan”ın futbolçusu Fikayo Tomori karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” 27 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “TEAMtalk” portalı məlumat yayıb.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim rəhbərlikdən Tomorinin transferini istəyib.

Fikayo bu mövsüm 15 oyunda meydana çıxıb.