“Milan”ın baş məşqçisi “Napoli” ilə razılığa gəldi

“Milan”ın baş məşqçisi Stefano Pioli “Napoli” ilə razılığa gəlib.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, Pioli Neapol klubu ilə 2 illik müqavilə imzalayacaq.

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın hazırkı baş məşqçisi Françesko Kaltsonanın işindən razı deyil.