“Milan”ın baş məşqçisi istefaya göndərilə bilər

“Milan”da baş məşqçi Paulo Fonseka ilə yollar ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. “Milan” rəhbərliyində bir neçə üzv mütəxəssisin istefaya göndərilməsini istəyir.

Komanda Çempionlar Liqasının I turunda azarkeşləri önündə “Liverpul”a uduzub – 1:3. “Milan” A Seriyasının V turunda “İnter”ə də məğlub olsa, Fonseka qovula bilər.

Portuqaliyalı məşqçi bu ilin yayında komandaya baş məşqçi təyin edilib. “Qırmızı-qaralar” onun başçılığı altında 5 oyunda cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib.