“Milan”ın baş məşqçisi istefa verəcək?

“Milan”ın baş məşqçisi Serjiu Konseysau A Seriyasında “Latsio”ya məğlubiyyətdən (1:2) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis istefa vermək haqda düşünmədiyini deyib:

“Oyundan sonra futbolçuların məyusluğunu gördüm. Daha çox işləməliyik. Komandaya kömək edəcəyimə inanıram. İstefa vermək fikrində deyiləm. Futbolçuların dəstəyini tam hiss edirəm”.

“Milan” çempionatda 27 turdan sonra 41 xalla 9-cudur.