“Milan”dan Şotlandiya klubuna

“Milan”ın futbolçusu Klinton Nsiala karyerasını Şotlandiyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, “Reyncers” 20 yaşlı müdafiəçinin transferi üçün “qırmızı-qaralar”la razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Qlazqo təmsilçisi oyunçu ilə uzunmüddətli müqavilə imzalayacaq.

Klinton son mövsümdə “Milan”ın əvəzedici komandasında 43 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.