“Milan” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar”ın qapıçısı Marko Sportyello zədələnib. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.
32 yaşlı qolkiper komandanın ABÇ toplanışında zədə alıb. Onun 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.