“Milan” uğursuz seriyanı qırdı

“Milan” İtaliya A Seriyasının V turunda “İnter”i məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” “neradzurra”a 6 oyundan sonra qalib gələ bilib. “Milan” sonuncu dəfə 2022-ci ildə “İnter”lə dueldə qələbə qazanmışdı.

“İnter” və “Milan” 5 turdan sonra 8 xalla müvafiq olaraq 6-7-ci sıralarda qərarlaşıb.