“Milan” üçün Lukaku variantı

“Çelsi”nin futbolçusu Romelu Lukaku karyerasını “Milan”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

“Qırmızı-qaralar”ın transferdə əsas hədəfi “Bolonya”nın hücumçusu Coşua Zirkzeedir. “Milan” bu keçidi reallaşdıra bilməzsə, Lukakunu transfer etməyə cəhd edəcək.

Forvard ötən mövsümü icarə əsasında “Roma”da keçirib və 47 oyunda 21 qol vurub.