“Milan” Pioli ilə yollarını ayırdı – rəsmi

“Milan” baş məşqçisi Stefano Pioli ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Pioli 2019-cu ildən “qırmızı-qaralar”a rəhbərlik edirdi. Komanda 58 yaşlı mütəxəssisin rəhbərliyi altında 2021/2022 mövsümündə A Seriyasını qazanıb.

“Milan” bu mövsüm çempionatda 37 turdan sonra 74 xalla ikinci sıradadır.