“Milan” onunla yollarını ayıracaq

“Milan”ın futbolçusu Alessandro Florensi klubu tərk edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klub 33 yaşlı müdafiəçinin müqaviləsinə xitam verəcək.

“Milan” artıq yeni müdafiəçi axtarışlarına başlayıb.

Florensi ötən mövsümdə A Seriyasında 31 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.