“Milan” Morata üçün nə qədər ödəyəcək?

“Atletiko”nun və İspaniya millisinin futbolçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Milan” forvardən keçidini tamamlamaq üzrədir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

A Seriyası klubu 31 yaşlı hücumçunun sərbəstqalma məbləği olan 13 milyon avronu ödəyəcək. “Milan” Morata ilə 4 illik müqavilə imzalayacaq.

Forvard daha əvvəl İtaliyada iki dəfə “Yuventus”da forma geyinib.