“Milan” daha bir məşqçi ilə danışıqlara başladı

“Milan” “Brayton”dan ayrılan Roberto De Zerbi ilə yaxın günlərdə danışıqlara başlayacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Qeyd olunub ki, yaxın günlərdə tərəflər danışıqlara başlayacaq.

Hazırkı baş məşqçi Stefano Pioli ilə mövsümün sonunda yolların ayrılacağı gözlənilir.

“Milan”a “Lill”in baş məşqçisi Fonsekanın rəhbərlik edə biləcəyi iddia olunurdu.

Komanda 74 xalla turnir cədvəlində ikincidir.